Amerikanın texnologiya nəhəngi Apple şirkəti 10 illik layihə üzərində işlədikdən sonra öz elektrik avtomobilinin hazırlanmasını dayandırmaq qərarına gəlib. Bu barədə Bloomberg yazır.
Əvəzində şirkət süni intellekt (AI) texnologiyalarının inkişafına diqqət yetirəcək. Elektrikli avtomobilin yaradılmasında iştirak edən Xüsusi Layihələr Qrupu bölməsi generativ süni intellekt üzərində işləmək üçün yenidən bölüşdürüləcək.
2014-cü ildə başlanan elektromobil layihəsi üzərində işlərin yaxın 5-7 il ərzində başa çatdırılması planlaşdırılırdı, lakin indi şirkət öz prioritetlərini yenidən nəzərdən keçirib. Apple-ın elektrik avtomobili konseptində sükan çarxı və ya pedallar yox idi, diqqəti idarəetmənin təhlükəsizliyini təmin etmək üçün kompleks köməkçi mexanizmlər sisteminə yönəldib.
Mənbə: Bloomberg

