Almaniyada Rusiyanın İl-20M təyyarəsinə görə döyüş təyyarələri xəbərdar edilibbackend

Almaniya Hərbi Hava Qüvvələri Rusiyanın İl-20M hərbi təyyarəsi səbəbindən sürətli reaksiya verən qırıcıları xəbərdar edib. Bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin X sosial şəbəkəsində (keçmiş Twitter) dərc olunmuş mesajında ​​deyilir.

“Uçuş planı olmayan Rusiyanın İl-20M (COOT-A) təyyarəsi Helsinkinin cənub-şərqində “Eurofighter”lərimiz tərəfindən aşkar edilib”, – məlumatda deyilir.

Almaniya Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya təyyarəsi ilə vizual əlaqə qurulduqdan sonra əməliyyat insidentsiz başa çatıb.

Mənbə: Haber Global