Macarıstanın baş naziri Viktor Orbandan müsahibə alan amerikalı jurnalist Taker Karlson deyib ki, siyasətçi Ukraynanın Rusiya ilə münaqişədə qalib gələcəyinə inanmır. Karlson 2023-cü ilin yayında süni intellekt tədqiqatçısı Leks Fridmanın YouTube kanalında podkastda Viktor Orbanla söhbətindən danışıb.
“Onlar qalib gələcəkmi (Ukrayna – Gazeta.Ru)? Yox. Təbii ki, qalib gələ bilməzlər. Rusiya ilə müqayisədə bu, kiçik bir ölkədir”, – deyə Karlson baş nazirin müsahibədən kənarda dediyi sözləri çatdırıb.
Həmçinin, onun sözlərinə görə, Orban qeyd edib ki, Rusiyanın müharibə iqtisadiyyatı var, Ukraynanın isə iqtisadiyyatı yoxdur.
Mənbə: A Haber