Fransalı siyasətçi Trampın Zelenskinin NATO sammitində iştirakının əleyhinə olduğunu deyibbackend

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin NATO-nun Haaqada keçiriləcək sammitində iştirakına qarşı çıxıb.

Bunu Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində bildirib və Amerika liderinin mövqeyini “müdrik və sülhpərvər” adlandırıb.

Filipponun sözlərinə görə, Tramp açıq şəkildə bildirib ki, o, iyunun sonunda keçiriləcək alyans toplantısında Ukrayna liderini görmək istəmir.

“Makron və onun tərəfdarları təşviş içindədir! Bu qərar sülhü yaxınlaşdırır”, – siyasətçi yazıb.