Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo öz Twitter hesabında Ukraynaya yeni uzaqmənzilli raketlərin verilməsindən narazılığını bildirib.
Siyasətçi bu addımı çılğınlıq adlandırıb və qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron NATO sammitinin ilk günündə SCALP raketlərinin çatdırılmasını elan edib. Filippo müharibənin davamlı dəstəyi ilə razılaşmadığını bildirib və bu cəfəngiyyata son qoymağa çağırıb.
Bundan əvvəl prezident Makron NATO-nun Vilnüs sammiti başlamazdan əvvəl Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dəstəkləmək üçün Ukraynaya uzaqmənzilli raketlərin veriləcəyini bəyan edib. Fransanın LCI telekanalının məlumatına görə, söhbət SCALP raketlərindən gedir.
Mənbə: RİA Novosti

