Fuad Heydər: “Brüssel görüşü İlham Əliyev diplomatiyasının növbəti uğurudur”backend

Aprelin 6-da Brüsseldə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə 4 saat yarımdan çox davam edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan növbəti üçtərəfli görüş keçirildi. Bu, Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında keçirilən altıncı görüş idi.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə Brüsseldə keçirilən bu görüşdə də proseslərin Azərbaycanın maraqları çərçivəsində cərəyan etməsi baxımından növbəti uğurlu mərhələ oldu. Görüşdə postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr Bəyanatının müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, 2021-ci il noyabrın 26-da Soçi görüşündən sonra həmin ilin 14-15 dekabrında təşkil olunan Brüssel səfəri çərçivəsində ilk üçtərəfli görüş, onun ardınca ölkə rəhbərinin 2022-ci il aprelin 6-da Belçikaya səfəri ilə Brüssel sülh gündəliyinin əsası qoyulub. Bu görüşlərin nəticəsi olaraq sülh müqaviləsi üzrə danışıqlara başlanılması, işçi qrupun yaradılması, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və digər məsələlər ölkəmizin ərazi bütövlüyünün, regionda sülh və əmin-amanlığın tam təmin olunmasına hesablanıb. Cərəyan edən proseslər də onu göstərir ki, Avropa İttifaqı Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul edir.

Həmçinin, Prezident İlham Əliyev həmin müzakirələrdə humanitar məsələlərlə bağlı Azərbaycanın mövqeyini bir daha açıqlayıb. Dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verib.

Bütün bunlarla yanaşı xüsusi məqam olaraq qeyd edilməlidir ki, Brüsseldə əldə olunmuş razılaşmada “Dağlıq Qarabağ” ifadəsi keçmir və keçmişin qalığı olan ATƏT-in Minsk qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt da onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.

Bir sözlə, aprelin 6-da baş tutmuş Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü. Məhz, hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə də onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.

Bir sözlə, Brüssel görüşü Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü müdrik və ardıcıl siyasətin növbəti böyük uğurudur. Bu görüşdə qəbul edilən və ölkəmizin maraqlarına tamamilə uyğun olan qərarlar Azərbaycan Prezidentinin dünyada böyük nüfuzunun göstəricisidir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında səsləndirdiyi “Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur” bəyanatında da bu çağırışlar özünü aydın şəkildə göstərir ki, Ermənistan reallıqları qəbul etməli, bölgə dövlətləri arasında münasibətlər bu reallıqlar əsasında qurulmalıdır və başqa çıxış yolu yoxdur, çıxış yolu Azərbaycanla hesablaşmaqdır. Əks təqdirdə bu ölkə yenə də acınacaqlı duruma düşəcək.

Fuad Heydər,

YAP Səbail rayon təşkilatının təlimatçısı.