Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) penalti zərbəsi ilə bağlı futbol qaydalarına dəyişiklik edib.
Yeni mövsümdən etibarən hakimlər futbolçulara zərbə zamanı topa iki dəfə toxunarsa, penaltini təkrar yerinə yetirməyə icazə verəcək.
Əvvəllər qol olduğu halda, oxşar qayda pozuntusu qolu vurulmuş hesab etmirdi.
Qaydaya yenidən baxılması ilə bağlı müzakirələr 2025-ci ilin martında, “Atletiko Madrid”in hücumçusu Julian Alvaresin Çempionlar Liqasının 1/4 finalında “Real Madrid”ə vəsiqə qazanmaq üçün penaltilər seriyasında oxşar pozuntuya yol verdiyi zaman başlayıb. Hakim argentinalının qolunu saymadı, çünki o, zərbədən əvvəl topu dayaq ayağı ilə tutdu və bu səbəbdən “matrasçılar” seriyanı itirərək turnirdən kənarlaşdırıldılar.