G7 ölkələrinin liderləri birgə bəyanatda Çinin Cənubi Çin dənizində hərbiləşdirilməsinə qarşı olduqlarını açıqlayıblar.
Sənəddə deyilir ki, Çinin Cənubi Çin dənizində nəhəng dəniz “iddiaları” üçün heç bir hüquqi əsas yoxdur. Bu baxımdan G7 Çin Xalq Respublikasının regionda hərbiləşdirmə fəaliyyətinə qarşıdır.
Yaponiya bu il G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada sammitini keçirir. Xirosima 1945-ci ildə ABŞ-ın atom bombasını atdığı şəhərdir.
Mənbə: Reuters
