İtaliyanın baş naziri G7 sammitini vaxtından əvvəl tərk edir

İtaliyanın baş naziri Corc Meloni ölkəsindəki daşqınlar səbəbilə G7 liderlərinin sammitindən İtaliyaya erkən qayıtdığını açıqlayıb.

Bu barədə ANSA agentliyi məlumat yayıb.

“Vicdanım məni bu çətin məqama qaytarmağa məcbur edir. Mənə mayın 23-də Nazirlər Şurasının iclasını daha yaxşı hazırlamaq üçün vaxt lazımdır, bu iclasda zərər çəkmiş ərazilərə dəstək üçün tədbirlər görüləcək”, – Meloni bildirib.

Onun sözlərinə görə, o, qərarını tərəfdaşlarına, eləcə də Xirosimaya gələn və bazar günü geniş tərkibdə sammitdə iştirak edəcək Ukrayna prezidenti Vladimir Zelenskiyə məlumat verib.

Mənbə: TASS

Oxşar xəbərlər