G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında bildirilir ki, G7 dövlətləri “vahid Çin” siyasəti ilə bağlı mövqeyini dəyişmir və Tayvan boğazında sülhün tərəfdarıdır.
Bu barədə TASS məlumat yayıb.
“Biz beynəlxalq ictimaiyyətin təhlükəsizliyi və rifahı üçün vacib element kimi Tayvan boğazında sülh və sabitliyin vacibliyini bir daha təsdiqləyirik və Tayvan boğazının hər iki tərəfindəki problemlərin sülh yolu ilə həllinə çağırırıq. Bəyan edilmiş “bir Çin” siyasəti də daxil olmaqla, G7 üzvlərinin Tayvanla bağlı əsas mövqelərində heç bir dəyişiklik yoxdur”, – bəyanatda deyilir.

