Kuril adalarında 4,9 bal gücündə zəlzələ baş veribbackend

Seysmoloqlar Kuril adalarında 4,9 bal gücündə zəlzələ qeydə alıblar. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanlar 2,5 mindən çox insanın yaşadığı Kurilsk şəhərindən 406,3 kilometr cənub-qərbdə qeydə alınıb.

Zəlzələnin ocağı 48,8 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.