Çinin Geely şirkəti dördüncü nəsil Emgrande sedanının fotosunu dərc edib. Satışlar 2024-cü ilin iyun ayının sonunda başlayacaq. Bu barədə Carnewschina.com xəbər verir.
Yeni məhsulun uzunluğu 4638 mm, eni 1820 mm, hündürlüyü 1460 mm-dir. Təkər bazası – 2650 mm. Yeni Geely Emgrand kameralar, radarlar, xarici güzgülər və lyuk alacaq.
Dördüncü nəsil Geely Emgrand 127 at gücü hasil edən 1,5 litrlik dörd silindrli atmosfer mühərriki alacaq.
Yenilənmiş Geely Emgrand sedanının qiymətləri 69,9 min yuandan başlayacaq.
Mənbə: Autotech