Lineker İngiltərə yığmasını tənqid edibbackend

“Lester”in keçmiş futbolçusu Qari Lineker İngiltərə yığmasının Avro-2024-dəki çıxışını tənqid edib. Onun sözlərini Goal nəşri sitat gətirir.

“İstəsəniz müxtəlif sözlər uydurub, söyə bilərsiniz, amma bu, axmaq idi. Biz bunu başqa turnirlərdə də görmüşük. İngiltərə yaxşı start götürür, qol vurur və sonra hər şey dəyişir”, – Lineker deyib.

İngiltərə millisi Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun matçında Danimarka ilə heç-heçə edib. Qarşılaşma iyunun 20-də baş tutub.

Görüş 1:1 hesabı ilə başa çatıb.

Mənbə: NTV Spor