GƏNCƏ-DAŞKƏSƏN REGİONAL TƏHSİL İDARƏSİ TƏRƏFİNDƏN 10 MAY TARİXİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR “100 FESTİVALI” KEÇİRİLİB – FOTObackend

Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta məktəbdə başlayan festivalda müxtəlif əyləncəli proqramlar, idman yarışları keçirilib, məktəbdənkənar təhsil müəssisələri tərəfindən müxtəlif əl işləri sərgilənib. Bundan başqa “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən müxtəlif növ yarışların qalibləri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən təltif olunublar.

Festival çərçivəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən veloyürüş Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta məktəbin qarşısından start götürüb, Heydər Əliyev Mərkəzinin önündə yekunlaşıb. Burada rəsmilər və veloyürüş iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Daha sonra püşkatma yolu ilə iştirakçılardan birinə velosiped hədiyyə olunub.

Festival Heydər Əliyev Park-Kompleksində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkil etdiyi sərgi ilə davam edib. Sərgidə STEAM Mərkəzinin, Gəncə şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin, Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin və digər müəssisələrin təqdimatında bir-birindən maraqlı əl işləri və rəsm əsərləri nümayiş olunub.

Festival konsert proqramı və atəşfəşanlıqla yekunlaşıb.