“Gəncə Maarif Evi” 1 yaşında – Fotolarbackend

Bugün ölkəmizin ikinci böyük şəhərində fəaliyyət göstərən “Gəncə Maarif Evi” 1 yaşını qeyd edir. 

İctimai.az xəbər verir ki, 16 iyun 2019-cu ildə fəaliyyətə başlayan “Gəncə Maarif Evi” qısa zaman ərzində Gəncə və digər yaxın ərazilərdə yaşayan uşaq, yeniyetmə və gənclərin inkişafında aparıcı rol oynamaqdadır.

1 il ərzində onlarla layihə çərçivəsində yeniyetmə və gənclər üçün təlim, seminar, intellektual yarışlar və digər kütləvi tədbirlər keçirilmişdir.

Bununla yanaşı, bütün dünyanı əhatə edən koronavirus pandemiyası dönəmində qurumun əməkdaş və könüllüləri Gəncə şəhərində maddi durumu zəif onlarla ailəyə ərzaq, dərman və digər lazımi ləvazimatlarla öz dəstəyini göstərib.

İctimai.az kollektivi olaraq “Gəncə Maarif Evi” rəhbərliyi və kollektivini təbrik edir, fəaliyyətində uğurlar arzu edirik!