Rövşən Şərifin “Həyatın Rəqsi” kitabı işıq üzü görüb – Fotobackend

Təlimçi, yazar, ictimai fəal gənc Rövşən Şərifin “Həyatın Rəqsi” kitabı işıq üzü görüb. 

Həyatın rəqsi kitabı psixoloji povestdir. Kitabın mövzusu dram və ötürdüyü mesajlar isə motivasiyadır. Kitabın tək real surəti, 20-dən çox görünməz surəti var. Kitabın baş qəhrəmanı real və daxili dünyaya səyahət edərək, müxtəlif hadisələrdə cərəyan edir. Kitabın süjet xətti çox qəribə və təsiredicidir.

Qeyd edək ki, Rövşən Şərif Azərbaycan Dillər Universitetinin məzunudur. 4 ildir ki, ictimai fəaliyyətlə məşğul olur.  “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyində Könüllülər və Biznes departamentinin sədri vəzifəsini icra etmişdir. Hal-hazırda təlimçi və “SuccessWay” təlim proqramının rəhbəridir.

İctimai.az