Gəncə şəhərində “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsini davam edirbackend

Gəncə Regional Qadın Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə şəhərində “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsini davam etdirir. Layihənin icra müddəti 01.02.2022-01.05.2022-ci ili əhatə edir.

Əsas məqsəd: sosial-psixoloji maarifləndirmə işlərini aparmaq və dövlət proqramlarına təşviq etməklə şəhid ailələrinin və raket hücumunə məruz qalan şəxslərin reabilitasiyalarına nail olmaq, Qarabağın dirçəldilməsinə və inkişafına cəlb etməkdir.

Layihənin əsas fəaliyyətlərindən olan müharibədən zərər çəkmiş qadınlara, şəhid analarına və həyat yoldaşlarına, onların övladlarına psixoloji dəstək verməkdir. Bu məqsədlə şəhid övladları ilə art terapiya keçirilmiş və ehtiyacı olanlar psixoloqa yönləndirilmişdir. Növbəti addım analar, həyat yoldaşları və Gəncəyə atılan raket hücumları zamanı zərər çəkmiş qadınlarla psixoloji Art terapiya oldu. LOQOS Psixoloji və Nitq İnkişafı Mərkəzinin Gəncə filialında keçirilən görüşdə şəhid ailə üzvləri və digər zərərçəkənlərlə yanaşı Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə, layihə rəhbəri Tural İsaqov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin meneceri Nigar Ağakişiyeva da iştirak edirdilər. Ümumi söhbətdən sonra aparılmış terapiya nəticəsində psixoloqa ehtiyacı olanlar müəyyən edildi və depressiv vəziyətdən çıxmaq üçün görüşlər fərdi şəkildə davam edəcəkdir.