Gəncədə əlilliyi olan qadınlarla davranış qaydalarına dair dövlət işçilərinə təlim keçilibbackend

İctimai.az xəbər verir ki, “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində Kapadokya Mərkəzində dövlət qurumlarına təlim təşkil olunub.

Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova məlumat verib. Bildirib ki, təlimi peşəkar təlimçi Etika Akademiyasının təsisçisi və direktoru Günel İbrahim keçib. “Məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınmasına, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaqdır”.

Təlimdə dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlarla peşəkar ünsiyyət üzrə təlim, praktiki təlimat, onların ailə üzvləri üçün faydalı olan müxtəlif dövlət xidmətləri barədə, o cümlədən belə şəxslərə qarşı zorakılığın müxtəlif formalarının tanınması ilə bağlı maarifləndirmə aparılıb.

Təlim birgə yaşamaq mədəniyyəti, etik davranıış qaydaları, əlilliyi olan qadınlarla davranış etikası, öhdəliklərimiz, ictimaiyyətin vəzifəsi kimi sahələri əhatə edib.

Günel İbrahim dövlət qurumlarına – sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə orqanlarının əməkdaşlarına müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyətin və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıq sahələrinə diqqət çəkib.

Təlimdən sonra iştirakçılara sertifikat təqdim olunub. Xatirə şəkili çəkilib.

Xatırladaq ki, layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir. İcra müddəti  36 ay nəzərdə tutulub.