Gəncədə qeysəriyyə əməliyyatı olunan qadın xəstəxanada ölübbackend

Gəncə şəhərində qeysəriyyə əməliyyatı olunan gənc qadın bir neçə gün sonra xəstəxanada ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Günel Həsənzadə bir neçə gün öncə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində qeysəriyyə əməliyyatı keçirib.

Vəziyyəti ağır olan qadın bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.