Gəncədə QHT nümayəndələri və ictimai xadimlər Şəhidlər xiyabanını ziyarət ediblərbackend

Gəncə şəhərində fəaliyyət göstərən bir qrup QHT nümayəndələri və ictimai xadimlər 27 sentyabr – Anım Günü münasibətilə şəhidlərimizi yad etmək üçün Gəncə Şəhidlər xiyabanını ziyarət ediblər.

“Gəncə Regional Qadın Mərkəzi” İB, “Gənc Liderlər” TTİM İB, “Sahibkar Qadınlar” İB, “Gələcəyə Körpü” Gənclər İB, “Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi” Qərb bölgə nümayəndəliyi, “Təmas” RİİB, “Kimsəsiz uşaqların sosial müdafiəsi” İB, “Əlil qadınlar” İB, “Gəncə Maarif evi” İB, “Fərəh” İB, Gəncə Gənclərin Karyera İnkişaf Mərkəzinin üzvləri şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Vətən müharibəsində şəhid olmuş 103 hərbçinin və Gəncəyə ermənilər tərəfindən edilən raket hücumları nəticəsində həlak olmuş 26 mülki vətəndaşın dəfn edildikləri Gəncə şəhidlərinin qəbirləri, həmçinin Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların məzarları da ziyarət edilib, onların Vətən qarşısında müqəddəs xidmətlərinin əbədi olacağı bildirilib.