Gənclər təşkilatları üçün layihələrin qəbuluna start verilib – Fotobackend

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər siyasətinin əsas prinsipləri olan gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını rəhbər tutaraq, nizamnaməsinin müvafiq bəndinə əsasən gənclər təşkilatlarını vətənpərvərlik istiqaməti üzrə animasiya, bədii film, sənədli film və ya sosial video-çarxların yaradılmasını nəzərdə tutan layihə müraciətlərini 15 avqust 2020-ci il tarixinədək təqdim etməyə çağırır.

Layihə təklifləri Gənclər Fondunun elektron xidmətlər sistemi vasitəsi ilə təqdim olunmalıdır. Layihə təkliflərinə hazırlanması nəzərdə tutulan film və video-çarxların ssenariləri mütləq əlavə olunmalıdır.
Layihə qəbulu ilə bağlı ətraflı məlumat ilə rəsmi saytdan tanış ola bilərsiniz.
Link: https://youthfoundation.az/96865/

İctimai.az