Gənclər və İdman Nazirliyində yeni TƏYİNATbackend

Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə, Elnur Məmmədov müvəqqəti olaraq, nazirliyin İdman şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu təyinatadək Elnur Məmmədov müxtəlif idman federasiyalarında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Qırğızıstan Respublikasında idman sahəsində çalışıb.