“Sağlam gələcək naminə narkomaniyaya YOX deyək, idmanla məşğul olaq!” – FOTObackend

Nərimanov rayonunda “Sağlam gələcək naminə narkomaniyaya YOX deyək, idmanla məşğul olaq!” devizi altında gənclər arasında sadə idman növləri üzrə turnir keçirilib.

25 dekabr 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “888 Boxing” Clubunun  birgə təşkilatçılığı ilə “888 Boxing” Clubunun idman zalında “Sağlam gələcək naminə narkomaniyaya YOX deyək, idmanla məşğul olaq!” devizi altında gənclər arasında “B.B.W.” (box jump over, burpee, wall ball) turniri keçirilib.

Turnirin açılış tədbirində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “888 Boxing” Clubunun təsisçisi, əməkdar məşqçi Habil Hümbətov, məşqçilər Emin Babayev, İman Eynullayev və 72 nəfər idmançı iştirak edib.

İlk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış tədbirində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “888 Boxing” Clubunun təsisçisi, əməkdar məşqçi Habil Hümbətov, məşqçilər Emin Babayev və İman Eynullayev tədbir iştirakçılarını qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş, bütün idmançılara uğurlar arzulamışlar. Natiqlər qeyd etmişlər ki, yarış yeniyetmə və gənclərin fiziki və psixoloji sağlamlığı üçün zərərli vərdişlərdən, xüsusi ilə də narkomaniyadan uzaq durmaları və idmançı karyerasına cəlb edilməsi naminə həyata keçirilir.

Turnirdə qalibləri.

18 yaşadək oğlanlar arasında:
I yer Səfərli Elmir
II yer Yağnalıyev Fərid
III yer Nuriyev Elsevər
III yer Əsgərov Samir

18 yaşdan yuxarı oğlanlar arasında:
I yer Mustafayev Cabbar
II yeri Hüseynov Ariz
III yeri Əmralıyev Rəşad
III yer Abidov Nicat

Qızlar arasında:
I yeri Məmmədova Elnurə
II yeri Hümbətova Mələk
III yeri Aysu Devrişova

Sonda qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal, kubok, hədiyyələr və pul mükafatı ilə təltif olunublar.