“Gənclər və ünsiyyət” adlı onlayn görüşlərə start verilirbackend

15 aprel 2020-ci il tarixdə saat 16.00-da Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclər və ünsiyyət” adlı onlayn görüş təşkil ediləcək.

Görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın və fəal gənclərin onlayn iştirakı nəzərdə tutulub.
Görüşün məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, karantin rejimi müddətində evdə qalan gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onları maraqlandıran sualların cavablandırılmasıdır.
Görüşdə iştirak etmək üçün gənclər adını, soyadını, təvəllüdünü, təhsil aldığı və ya işlədiyi müəssisəni qeyd edərək Nərimanov Rayon Gənclər və İdman İdarəsinin email ünvanına göndərilməlidir. ([email protected])
Qeydiyyatdan keçən gənclər zoom proqramı ilə video görüşdə iştirak edəcəklər.

İctimai.az