“Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Azərbaycanın geopolitiq durumu və beynəlxalq siyasəti” adlı vebinar keçiriləcəkbackend

“Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Azərbaycanın geopolitiq durumu və beynəlxalq siyasəti” adlı vebinar keçiriləcək.

09 iyun 2020-ci il tarixdə saat 15.00-da Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər və ünsiyyət” silsilə onlayn görüşləri çərçivəsində “Azərbaycanın geopolitiq durumu və beynəlxalq siyasəti” adlı vebinar keçiriləcək.

Vebinarda politoloq, millət vəkili Rasim Musabəyovun, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun və fəal gənclərin onlayn iştirakı nəzərdə tutulub.

Görüşün məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası, könüllülük fəaliyyətini gənclər arasında təbliğ edilməsi, müasir beynəlxalq münasibətlər sistemində milli təhlükəsizliyin qarşısında duran məsələlərin, beynəlxalq əməkdaşlıq və tarazlaşdırılmış siyasətin əhəmiyyətinin, siyasi, hərbi və iqtisadi gücün artırılmasında elm və təhsilin inkişaf etdirilməsinin rolunun müzakirəsi, gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onları maraqlandıran sualların cavablandırılmasıdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı linkə daxil olub ad, soyadlarını yazaraq qeydiyyatdan keçməlidir.

https://chat.whatsapp.com/Lnxsusv4qPf4dT3Eje8ZDl

Qeydiyyatdan keçən gənclər zoom proqramı ilə video görüşdə iştirak edəcəklər.

İctimai.az