“Gənclərin Karyera Akademiyası” layihəsi yekunlaşıbbackend

Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qaliblərindən biri olan “Gənclərin Karyera Akademiyası” adlı fərdi layihə çərçivəsində tələbə gənclər üçün təlimlər keçirilib. 5 gün davam edən təlimlər Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində baş tutub.

Layihənin rəhbəri Fəridə Fətullayevanın sözlərinə görə layihənin əsas məqsədi gənclərin karyera sahəsində maarifləndirilməsindən ibarətdir. O bildirib ki, təlimlər “Bədən dili və emosianal intellekt”,  “Ofis proqramları”,, “CV-nin yazılması və təqdim olunması”, “Natiqlik”, “Vaxtın idarə olunması” kimi istiqamətləru əhatə edib. Hər bir təlimdə 40 nəfər olmaqla toplam 200 nəfərin qatıldığı layihədə iştirakçılara sertifikatlar təqdim olunub. Layihə iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.