Kür qəsəbə Körpələr evi uşaq bağçasında şəhid analarının iştirakı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub – FOTObackend

Tədbirdə şəhid anaları ilə yanaşı, Kür qəsəbə Körpələr evi uşaq bağçasının rəhbərliyi, tərbiyəçilər, şagirdlər və onların valideynləri iştirak ediblər.

Tədbirin giriş hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kür qəsəbə Körpələr evi uşaq bağçasının müdirəsi Tərlan Muxtarova çıxış edərək başda şəhid anaları, şəhidlərin həyat yoldaşları olmaqla bütün Azərbaycan xanımlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını ifadə edib.

Daha sonra bağçanın şagird və valideynlərindən ibrarət komandalar arasında maraqlı oyunlar təşkil edilib. Oyunların qiymətləndiriməsinə şəhid analarından ibarət münsiflər heyəti nəzarət edərək, yarışmaçıları dəyərləndiriblər. Yarışda xal hesabı ilə qalib gələn qızlar və onların anaları mükafatlandırılıb.

Tədbirin sonunda bağça kollektivi tərəfindən şəhid analarına gül dəstələri və hədiyyələr təqdim olunub.