Geni dəyişdirilmiş məhsullar haqqında əsas miflər aradan qaldırıldıbackend

Qidalanmada ən çox müzakirə olunan mövzulardan biri hələ də geni dəyişdirilmiş qidaların (GMO) zərəridir. “Soyuzcomponent” şirkətinin rəhbəri Svetlana Balasanyan “Gazeta.Ru”ya əslində belə nişanı olan məhsulların nə olduğunu deyib.

Ekspertin fikrincə, qida sənayesində biotexnologiya keyfiyyət və təhlükəsizliyin yüksəldilməsi, saxlama müddətinin artırılması və hətta yeni növ qida məhsullarının yaradılması üçün istifadə olunan metod və texnikalar məcmusudur.

“Ən geniş yayılmış texnologiyalar genetik modifikasiya, fermentasiya, mikroorqanizmlərin istifadəsi, həmçinin qida məhsullarının qorunması və emalının müxtəlif üsullarıdır. Məsələn, maya və ya bakteriya ilə fermentasiya yolu ilə süddən qatıq və pendir istehsal olunur” deyə izah etdi.

Mənbə: Gazeta.ru