Zelenski deyib ki, Makron yaxın vaxtlarda Ukraynaya səfər edəcəkbackend

Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda Ukraynaya səfər edəcək. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Biz Ukraynada yaxın gələcəkdə baş tutacaq görüşümüzlə bağlı fikir mübadiləsi apardıq”, – deyə Zelenski yazıb.

Martın 10-da Fransa Kommunist Partiyasının lideri Fabien Russel bildirib ki, Ukrayna və Fransanın imzaladığı uzunmüddətli yardım müqaviləsi Rusiya əleyhinə təxribatdır.

Mənbə: A Haber