Georgian Airways Tbilisi hava limanının tranzit qovşağı kimi imkanlarından danışıbbackend

“Georgian Airways” bildirib ki, Tbilisi Beynəlxalq Hava Limanında tranzit zalı yoxdur və Rusiyadan Avropaya Gürcüstan üzərindən uçuşların mümkünlüyünə baxmayaraq, yaxın gələcəkdə tranzit qovşağına çevrilə bilməyəcək.

Bu barədə TASS məlumat yayıb.

“Uzun illərdir ki, Gürcüstan ölkəni beynəlxalq tranzit mərkəzinə çevirməkdən danışır. İdeyanın cəlbediciliyinə baxmayaraq, Tbilisi Beynəlxalq Hava Limanı beynəlxalq qovşaq üçün tələb olunan standartlara cavab vermir. İllər keçir və indiyədək hava limanının ərazisində heç olmasa tranzit zalı tikmək mümkün olmayıb. Buna görə də beynəlxalq qovşaq haqqında danışmaq artıqdır”, – bəyanatda deyilir.

Onlar qeyd ediblər ki, Gürcüstanın hava tranzit dövlətinə çevrilməsi üçün ən azı 5 il lazımdır.

Mənbə: TASS