Spektr-M rəsədxanasında Kainatı müşahidə etmək üçün yeni texnologiya tətbiq olunacaqbackend

“Spektr-M” kosmik rəsədxanası layihəsində Kainatı müşahidə edərkən bir neçə dəfə çox məlumat əldə etməyə imkan verən eyni vaxtda çoxtezlikli sintez texnologiyasından istifadə olunacaq. Söhbət Millimetron missiyasından gedir.

Bu barədə TASS-a Fizika İnstitutunun Astrokosmik Mərkəzinin rəis müavini bildirib.

İlk dəfə olaraq, çoxtezlikli sintez Rusiyanın Radioastron missiyasının (Spektr-R layihəsi) bir hissəsi kimi sınaqdan keçirilib, lakin Rudnitskinin aydınlaşdırdığı kimi, texnologiya Millimetron-da yenilənmiş formada istifadə olunacaq.

“Millimetron rəsədxanasının yerüstü teleskoplarla birlikdə eyni vaxtda çoxtezlikli sintez rejimində işləməsi planlaşdırılır”, – astrokosmik mərkəzin mütəxəssisi izah edib.

Mənbə: TASS