“Liverpul”un hücumçusu Salah Çempionlar Liqasını əldən verdikdən sonra paylaşım edibbackend

“Liverpul”un hücumçusu Məhəmməd Salah “Twitter” səhifəsində komandasının Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən danışıb.

“Mən darmadağın oldum. Bunun üçün qətiyyən heç bir bəhanə yoxdur. Çempionlar Liqasına düşmək üçün lazım olan hər şeyə sahib idik, amma uğursuz olduq. Biz “Liverpul”uyuq və Çempionlar Liqasına vəsiqə qazanmaq minimumdur. Üzr istəyirik, amma ruhlandırıcı və ya optimist yazı üçün çox tezdir. Səni də, özümüzü də uğursuzluğa düçar etdik”, deyə Salah yazıb.

Mənbə: Sport.ru