Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Bryansk vilayəti ərazisi üzərində vurulub. Bu barədə regionun qubernatoru Aleksandr Boqomaz öz Telegram kanalında məlumat verib.
“Ukraynalı terrorçuların pilotsuz uçuş aparatı Rusiya Federasiyası Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Klimovski rayonu üzərində pilotsuz kəşfiyyat təyyarəsi kompleksi vurulub”, – məlumatda deyilir.
Qubernator qeyd edib ki, hücum nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb. Hazırda hadisə yerində təcili tibbi yardım briqadaları işləyir.
Mənbə: TASS