Ukraynanın Lvov şəhərində ukraynalı millətçi Roman Şuxeviçin muzeyi dağıdılıb. Bu barədə şəhərin meri Andrey Sadovoy öz Telegram kanalında məlumat verib.
“Stepan Banderanın doğum günündə Beloqorsçda UPA (Ukrayna Üsyançı Ordusu) Roman Şuxeviçin muzeyi tamamilə dağıdılıb”, – deyə rəsmi yazıb.
Bir müddət əvvəl məlum olub ki, yanvarın 1-nə keçən gecə Ukraynanın qərbində yerləşən Lvov vilayətində partlayışlar baş verib. Sadovoy bildirib ki, partlayışlar yanğınlara səbəb olub.
Mənbə: TASS