Türkiyədə yanvarın 1-dən turistlərə kirayə evlərin verilməsi ilə bağlı tələblər sərtləşdirilibbackend

Türkiyədə yanvarın 1-dən etibarən turistlərə 100 gündən az müddətə mənzil kirayə vermək istəyənlərin müvafiq lisenziya alması tələb olunur. Bu barədə hökumət qəzeti “Resmi Gazete” məlumat yayıb.

Söhbət Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasından gedir. Əgər kirayəçi ilə müqavilə bağlamazdan əvvəl ev sahibinin müvafiq sənədi yoxdursa, onu 100 min türk lirəsi (3,3 min dollardan 35,3 min dollara qədər) cərimə gözləyir.

Lisenziyalı kirayə evlərdə nazirlik tərəfindən müəyyən edilmiş keyfiyyətlərə malik lövhələr asılacaq. Lisenziya və plakatların verilməsi üçün rüsum idarə tərəfindən müəyyən ediləcək.

Mənbə: Resmi Gazete