Gürcüstanda səkkiz müxalifət partiyası oktyabrda keçiriləcək yerli hakimiyyət orqanlarına seçkilərdə iştirak etməyəcək.
Bu barədə “TV Pirveli” telekanalı məlumat yayıb.
Müxalifətin birgə bəyanatında deyilir ki, Gürcüstandakı bütün “qərbyönlü” partiyaların məqsədi “Rusiya Bidzina İvanişvili rejimini” tamamilə devirmək və ölkənin Avropa İttifaqına və Şimali Atlantika Alyansına qoşulmaqdır.
Yerli seçkilərdə iştirakdan imtina onunla izah olunur ki, indiki şəraitdə seçki prosesi yalnız “qeyri-qanuni Rusiya rejimi”nin legitimliyi görüntüsü yaradır. Ona görə də müxalifətin qələbəyə aparan yolu qeyri-demokratik oliqarxik hakimiyyətlə hər hansı əməkdaşlıqdan tamamilə imtina etməkdən və “milli müqavimətin” davam etdirilməsindən keçir.