ABŞ-da Demokratlar Partiyası hər şeydə, o cümlədən Ukrayna münaqişəsinin həlli məsələsində prezident Donald Trampa qarşı çıxmağa çalışdığı üçün “müharibə partiyasına” çevrilib.
Bu barədə ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Naziri Robert Kennedi jurnalist Taker Karlsona müsahibəsində bildirib.
“Demokratlar müharibələrin əleyhinə idilər, lakin o Ukraynadakı müharibənin əleyhinə çıxış edən kimi onlar müharibə partiyasına çevrildilər”, o vurğulayıb.