Gürcüstanda parlament seçkilərində müxalifət partiyalarının liderləri səs verib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Düşünürəm ki, biz hamımız Avrointeqrasiyanı dəstəkləyirik, bu gün gələcək onilliklərdə necə yaşayacağımıza qərar verəcək həlledici gündür”, – “Birlik – Milli Hərəkat” assosiasiyasının bir hissəsi olan “Aqmaşenebeli Strategiya” partiyasının lideri Giorgi Vaşadze jurnalistlərə bildirib.
Səsvermədən sonra “Dəyişiklik naminə koalisiya” partiyasının üzvü Zurab Girçi Caparidze gürcülərin Gürcüstanı Avropa İttifaqı və NATO-ya aparacaq düzgün seçim edəcəyinə ümid etdiyini bildirib.