Şimali Koreya əsgərləri Ukraynada peyda olanda Almaniya üçüncü dünya müharibəsini istisna etməyibbackend

Şimali Koreya əsgərlərinin Ukraynada görünməsi münaqişənin genişlənməsinə və nəticədə üçüncü dünya müharibəsinə səbəb ola bilər. Bu sözləri Vyana Universitetinin Şərqi Asiya Araşdırmaları İnstitutunun professoru, Şimali Koreya Araşdırmaları üzrə Avropa Mərkəzinin direktoru Rüdiger Frank “Der Spiegel” jurnalına müsahibəsində deyib.

“NATO quru qüvvələri Şimali Koreya əsgərlərinin görünməsinə cavab olaraq yerləşdirilə bilər. Son nəticə isə III Dünya Müharibəsi olacaq. Əslində bu, münaqişənin bütün tərəflərinə aydın olmalıdır”, – deyə Frank xəbərdarlıq edib.

O, ümid etdiyini bildirib ki, Moskva Ukraynadakı münaqişədə öz maraqlarına uyğun olaraq KXDR əsgərlərinin potensial iştirakını “salətləndirmək üçün ağıllı yol tapacaq”.