Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından olan deputat Nino Tsilosani ölkənin hazırkı prezidenti Salome Zurabişvilini müxalifət sıralarında tutmaq istədiyi üçün onu “neo-Saakaşvili” adlandırıb. Onun sözlərini Sputnik.Georgia sitat gətirir.
“İndi, yəqin ki, ən çox əsəbi olmalı olan Mişa Saakaşvilidir, onu… siz, xanım Salome, bizim və cəmiyyətin düşündüyümüz səbəbə görə deyil, sadəcə onun yerini tutmaq istədiyinizə görə bağışlamısınız. Sizi yolunu və mənəviyyatını itirmiş neo-Saakaşvili müxalifətinə çevrilməyiniz münasibətilə təbrik edirəm”, – Tsilosani bildirib.
Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili müxalifət qüvvələrini qarşıdan gələn parlament seçkilərində qələbə qazanacağı təqdirdə həyata keçirilməli olan islahatlar xartiyasını imzalamağa dəvət edib.
Mənbə: A Haber