Ukrayna bu il Rusiya Federasiyasının dondurulmuş aktivlərindən 1,7 milyard avro alacağını gözləyirbackend

Ukrayna Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə etdiyi mənfəətdən 2024-cü ildə 1,7 milyard avro alacağını gözləyir. RİA Novosti xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski Belçikada keçirdiyi mətbuat konfransında bildirib.

“Bu gün biz müzakirə etdik ki, bu il Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəətdən 1,7 milyard avro əldə edə bilər”, – deyə Zelenski bildirib.

Mayın 28-də Belçikanın baş naziri Alexander De Croo Brüsseldə Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqı Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya silah alınmasına ayrılması ilə bağlı qərar qəbul etməyib.

Mənbə: RİA Novosti