Haaretz: İsrail BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində soyqırımda ittiham oluna bilərbackend

İsrail prokurorları və təhlükəsizlik orqanları Beynəlxalq Ədalət Məhkəməsinin yəhudi dövlətini Qəzza zolağında soyqırım törətməkdə ittiham edə biləcəyindən narahatdırlar. Bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, adı açıqlanmayan hüquq eksperti İsrail ordusunun komandanlığına, o cümlədən Baş Qərargah rəisi Herzi Ha-Leviyə Beynəlxalq Ədalət Məhkəməsinin Qəzza zolağında atəşkəs tələbi ilə qərar qəbul etməsinin real ehtimalı barədə xəbərdarlıq edib. . İsrail hərbçiləri və ölkə prokurorluğu artıq şikayətə baxılması üçün hazırlıqlara başlayıb. Bu məsələ ilə bağlı ölkənin Xarici İşlər Nazirliyində müşavirə keçiriləcəyi bildirilir.

Haaretz qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsindəki mühakimə İsrailə qarşı soyqırım ittihamlarını gücləndirə və onun diplomatik təcridinə, boykot və sanksiyalara səbəb ola bilər.

Mənbə: Haaretz