Qırmızı dənizdə ABŞ hərbi gəmisi ilə husi qüvvələri arasında döyüş başlayıb. Bu barədə “Sky News Arabia” Yəməndəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Qırmızı dənizdə Husilərə məxsus döyüş gəmiləri ilə ABŞ hərbi gəmisi arasında şiddətli toqquşmalar baş verib.
Daha əvvəl bildirilmişdi ki, Huti silahlı qruplaşması Ənsar Allah Maersk konteyner gəmisi Hangzhou-ya hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Mənbə: TASS














