Hakan Şükür zəlzələ ilə bağlı qalmaqallı açıqlamalar verib

Fətullahçı Terror Təşkilatının (FETÖ) fərarisi Hakan Şükür Kahramanmaraşdakı zəlzələlərdən sonra Youtube hesabında nifrət dolu ifadələr işlədib.

Hakan Şükür Youtube hesabında zəlzələ ilə bağlı qalmaqallı açıqlamalar verib. Türkiyənin xaricdən yardıma ehtiyacı olduğunu deyən Şükür, “Yardımı dövlətin hesabına deyil, daha yüksək yerə, bəlkə AHBAP-a göndərəcəyik” dedi.

Xalqın əlində tək bir qutunun qaldığını bildirən Şükür, “Bu lənətə gəlmiş idarəçiləri, bu çılğın idarəçiləri çıxarmasanız, ölkəni bəlaya düçar edəcəksiniz” dedi.

Mənbə: Haberler.com

İctimai.az

Oxşar xəbərlər