Rusiya Yaponiyada hipersəs raketlərinin peyda olmasına dərhal cavab verəcəkbackend

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Uzaq Şərq regionlarına hər hansı təhlükə yaranarsa, o cümlədən Yaponiyanın sərhəd adalarında hipersəs raketlərinin peyda olması halında, Moskva dərhal ölkənin müdafiə doktrinasına uyğun olaraq cavab tədbirləri görəcək.

O, bu barədə RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, son vaxtlar Yaponiya hərbi potensialının modernləşdirilməsini kəskin surətdə artırıb və Rusiya sərhədləri yaxınlığında “təhlükəli fəaliyyətləri” gücləndirir, o cümlədən yeni raket və adi silah növlərini sınaqdan keçirir, ABŞ və digər ölkələrlə birgə təlimlər keçirir.

Mənbə: Gazeta.ru

İctimai.az