BrahMos Aerospace-in icraçı direktoru və baş icraçı direktoru Atul Dinkar Rane bildirib ki, Brahmos NG raketlərinin istehsalı 2025-ci ilin sonu – 2026-cı ilin ortalarında başlaya bilər.
İctimai.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Ranenin sözlərinə görə, raketin ilkin dizaynı bu yaxınlarda tamamlanıb. İndi dizayn işləri aparılır. “Biz ilk sınağı gələn ilin fevral-mart aylarına qədər gözləyirik. Canlı testlər – gələn ilin sonu, 2024-cü ilin sonu – 2025-ci ilin əvvəli. İstehsal 2025-ci ilin sonu – 2026-cı ilin ortalarında başlaya bilər”, – Rahne paylaşdıb.
O əlavə edib ki, raketin çəkisi 1330 kq, uçuş məsafəsi isə 300 km olacaq.
BrahMos Aerospace sualtı qayıq, gəmi, təyyarə və yerüstü buraxılış üçün qanadlı raketlər istehsal edən Hindistan-Rusiya birgə müəssisəsidir.
Mənbə: RİA Novosti
İctimai.az

