Fransanın “Paris Sen-Jermen” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi fevralın 6-na keçən gecə Türkiyə və Suriyada baş verən zəlzələdə həlak olanlara dəstək yazısı dərc edib.
“Bu, Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli günlərdir. Ürəyim onların yanındadır”, – 35 yaşlı hücumçu sosial şəbəkədə xeyriyyə təşkilatlarından birinə link əlavə edərək yazıb.
Xatırladaq ki, son məlumatlara görə, Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində 31 643 nəfər ölüb.
Mənbə: BBC.com
İctimai.az

