Haker Fransanın nüvə sirlərini oğurlayıbbackend

Neferpitou təxəllüsündən istifadə edən haker Fransanın hərbi gəmilər istehsal edən müdafiə şirkəti Naval Group-un daxili məlumatlarına giriş əldə edib.

Bu barədə France3 telekanalı məlumat yayıb.

Kiber haker Fransanın nüvə sirləri də daxil olmaqla 13 giqabaytlıq məlumatı internetə sızdırıb. Dərc edilmiş məlumatlara fransız freqatlarında və nüvə sualtı qayıqlarında istifadə edilən döyüş sistemlərinin mənbə kodu, silah sistemlərinin proqram təminatı, simulyasiya mühitləri, şəbəkə diaqramları və istifadəçi təlimatları daxildir.

Kibercinayətkarlıq üzrə ekspert Klement Domigot məlumatların onlayn yayımlandığını təsdiqləyib.