Hakerlər illərdir Volkswagen-ə hücum edirbackend

Hakerlər illərdir Almaniyanın avtomobil istehsalçısı Volkswagen-ə hücum edir. Bu barədə Almaniyanın Der Spiegel və ZDF nəşrləri şirkət sənədlərinə istinadən yazır.

Onların məlumatına görə, 2010-2015-ci illər ərzində hakerlər bu şirkətdən müxtəlif texniki məlumatlar olan 19 minə qədər faylı oğurlayıblar. Bildirilir ki, hücum edənləri ilk növbədə daxili yanma mühərrikləri, sürət qutuları, transmissiyalar, eləcə də elektrik avtomobilləri sahəsindəki inkişaflar, onlar üçün akkumulyatorlar və s. kimi sahələrə aid sənədlər maraqlandırıb.

Nəşrlər kibertəhlükəsizlik sahəsində ekspertlərə istinadən, həmçinin yazır ki, kibercinayətkarlar ÇXR ilə əlaqəli ola bilər. Onlar deyirlər ki, dəlillərə Çin IP ünvanları, fərqli casus proqramlar və hakerlərin adətən Volkswagen-ə hücum etdiyi vaxt daxildir. Çinin Almaniyadakı səfirliyi iddiaları hədsiz adlandırıb və kibercasusluğun bütün formalarını pislədiyini bildirib.

Mənbə: Lenta.ru