Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məktəblərdə gözlənilən terror aktları ilə bağlı məlumatla əlaqədar yoxlamaya başlayıb. Bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.
Bundan əvvəl yeni yaradılmış rusdilli Telegram kanallarından biri aprelin 22-də Gürcüstan məktəblərində bir sıra terror aktlarının baş verə biləcəyi barədə məlumat yayıb. Bu məlumat Gürcüstan cəmiyyətində böyük əks-səda doğurdu. Bəzi valideynlər övladlarını bazar ertəsi dərslərə buraxmayacaqlar.
Bununla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti bütün zəruri təhlükəsizlik tədbirlərini gördüyünü açıqlayıb. Xüsusən də bir neçə məktəbdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və şübhəli heç nə aşkar edilməyib. Belə ki, Tbilisidəki orta təhsil müəssisələrindən birində göründüyü deyilən silahla bağlı məlumat təsdiqini tapmayıb.
Mənbə: A Haber